Ölkədə nə qədər işsiz adam var?
Bu ilin martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
ATV.az-ın xəbərinə görə, Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, həmin müddət üçün işsiz şəxslər 30,6 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib.İşsizliyə görə müavinətin orta məbləği isə 263,1 manat olub.
Mənbə:> ATV.az