Neft yenə də geriləməyə başladı
Dünənki nikbinlikdən sonra neftin qiymətində yenidən geriləmə müşahidə olunur. Buna, ötən gün Belçikanın paytaxtında çox sayda insanın ölümü ilə nəticələnən teraktın səbəb olduğu güman olunur.
ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 41.48 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də düşüş müşahidə olunur. Ötən gün 41.54 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 41.08 dollar müəyyən olunub.
Ötən həftə keçirilən son hərracda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 42,63 dollar təşkil edib.
Mənbə:> ANSPRESS