Naxçıvana idxalın həcmi 35%-ə yaxın azaldı
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında (MR) 39 milyon 802 min dollar həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan MR Statistika Komitəsinin cari ilin ilk iki ayı üçün açıqladığı hesabatda vurğulanıb.
Məlumata görə, İxracın həcmi son bir il ərzində 0,4% artaraq 36 milyon 301 min dollar, idxalın həcmi isə 34,3% azalaraq 3 milyon 501 min dollar həcmində olub.
Xarici ticarət üzrə 33 milyon dollara yaxın həcmdə müsbət saldo yaranıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli