BP Azərbaycanda iki dəniz platformasında işləri dayandıracaq
BP 2016-cı il ərzində texniki işlərin həyata keçirilməsi üçün Azərbaycanda iki dəniz platformasında işləri dayandırmağı planlaşdırır.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki rəhbəri Qordon Birrel bildirib.
Onun sözlərinə görə, “Qərbi Azəri” və “Günəşli” platformalarında texniki xidmətin göstərilməsi müxtəlif vaxtlarda həyata keçiriləcək.
Bununla belə, Birrel görüləcək işlərin nə qədər vaxt aparacağını açıqlamayıb.
Mənbə:> Oxu.Az