Saxta yuyucu tozu hazırlayanlara cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Saxta yuyucu tozu hazırlayanlara cinayət işi açıldı

Saxta yuyucu tozu hazırlayanlara cinayət işi açıldı


Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Oxu.Az-a Baş Prokuroluğun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, “Alafarah LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir sıra yuyucu maddələrin saxta istehsalına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə insan sağlamlığı üçün ziyanlı maddələrdən istifadə olunmaqla mövcud standartların tələblərinə uyğun gəlməyən ölçüdə və çəkidə, habelə xarici ölkələrdə istehsal edilməsi adı ilə saxta qablaşdırılmış “BOÇ”, “Blanco”, “Formil”, “W5”, “AFAMİA” və “Bleacher” kimi yuyucu maddələri istehsal edilib.

Bunun nəticəsində, istehlahçılara xeyli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *