Rövnəq Abdullayev: Gürcüstan Azərbaycanla əməkdaşlıqdan məmnundur
Hər bir ölkə enerji daşıyıcılarını diversifikasiya etməyə çalışır. Bu, normal bir prosesdir. Gürcüstan bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq. Gürcüstan tərəfi çalışır ki, qaz bazarını diversifikasiya etsin. Bizim də borcumuz odur ki, o bazarı qoruyaq. Orda daha da möhkəmlənək.
AzNews.info xəbər verir ki, bu barədə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olmuş Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
“Mən deməzdim bu kiminsə (İran, Rusiya –red.) qələbəsi, kiminsə məğlubiyyətidir. Biznes o vaxt inkişaf edir ki, iki tərəf də bundan məmnun olur. Birtərəfli məmnuniyyətdən biznes inkişaf etmir və bu, uzunmüddətli olmur. Gürcüstanla əməkdaşlıqdan həm Azərbaycan, həm də Gürcüstan tərəfi məmnundur”, - deyə SOCAR prezidenti Gürcüstan qaz bazarı uğrunda mübarizədə hansı tərəfi qalib, hansı tərəfi isə məğlub adlandırmaq olar sualına cavab olaraq bildirib.
O, həmçinin əlavə edib ki, biz 2030-cu ilə qədər biznesimizin Gürcüstanda inkişafının təməlini qoyduq.
Mənbə:> Oxu.Az