İranın TANAP-a qoşulması müzakirə ediləcək
Türkiyə və İran uzun bir aradan sonra Tehranda əhəmiyyətli bir görüşə hazırlaşır. Türkiyənin baş naziri Əhməd Davudoğu bu gün İrana gedərək, bu ölkənin Dövlət başçısı Həsən Ruhani ilə görüşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, görüşün gündəliyində Suriyada baş verən proseslər və İran üzərindən ambarqonun qaldırılmasından sonra, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri yer alır.
Bundan başqa, Türkiyə mətbuatı yazır ki, Trans-Anadolu Boru Kəməri layihəsinə (TANAP) İranın qoşulması və İrandan alınacaq qazın Türkiyə üzərindən keçməklə Avropaya nəqli müzakirə predmeti olacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli