“Pegasus” Azərbaycandan uçuşlara başlayır – 48 avroya » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Pegasus” Azərbaycandan uçuşlara başlayır – 48 avroya

“Pegasus” Azərbaycandan uçuşlara başlayır – 48 avroya


Gələn aydan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti - “Pegasus” Azərbaycandan uçuşlara başlayacaq.

AzNews.info xəbər verir ki, bu barədə fins.az-a turizm şirkətlərindən bildirilib.

Məlumata görə, ilk reys martın 19-da Qəbələ Beynəlxalq Aeroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcək.

Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcək.

Aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Aviareysin açılması ilə Azərbaycandan gedən turistlərin başqa şəhərlərə də münasib qiymətə uçması mümkün olacaq.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *