“Amrahbank”ın İdarə heyətinin sədri təyin olunub
Emil Həsənov “Amrahbankr” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin olunub.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, o, uzun müddət sədrin səlahiyyətlərini icra edib.
Hazırda bankın İdarə heyətinin tərkibinə 5 nəfər daxildir: E.Həsənovdan başqa, üzvlər - Nəcəf Cəfərli, Vüsal Musayev, Leyla Məmmədbəyli və Sədi Cavadov.
Mənbə:> Trend