Mənzillərin tikintisi üzrə qiymətlər dəyişməyib
2015-ci ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2% ucuzlaşıb, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6% bahalaşıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1% ucuzlaşıb.
Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1% ucuzlaşıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli