“Azərsu” da işçi yığır – 1200 NƏFƏR
Azərbaycanda daha bir dövlət qurumu kütləvi olaraq işçi qəbulu həyata keçirir. Söhbət “Azərsu” ASC-dən gedir.
Bu barədə fins.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi qurum 1200 nəfərin işə götürülməsini planlaşdırır: “İşə qəbul həm Bakı, Sumqayıt və Abşeronda, həm də regionlarda olacaq. Artıq son məlumata görə, 300 nəfər işə götürülüb. Onların hamısı əmrləşdirilib və elektron işə qəbul portalına işlənib”.
Mənbə:> Fins.az