“Azərsu”da kütləvi ixtisarlar
Neftin ucuzlaşmasından sonra dövlət qurumlarında başlayan kütləvi ixtisarlar davam edir.
Qeyd edək ki, indiyə qədər “Bakı Metropoliteni”, “Azərenerji”, “Azəryolservis” və neft şirkəti, “Azərsu”, “Azərkimya” və digər qurumlarda ixtisarlar aparılıb.
Azadliq.info-nun dünən əldə etdiyi məlumata görə, “Azərsu”nun tabeliyindəki "Sutikinti" müəssisəsində də ixtisarlara başlanılıb. Məlumatda deyilir ki, artıq 1000 nəfərə yaxın işçi ixtisar olunub. Ixtisarların bundan sonra da davam edəcəyi bildirilir.
Məlumatda, həmçinin qeyd olunur ki, müəssisənin bütün işləri dayanıb. “Deyirlər ki, pul yoxdur. Ona görə də işlər dayanıb. Işçilərə maaş verə bilmədiklərinə görə ixtisarlara başlayıblar”, - deyə müəssisənin ixtisara düşən işçiləri bildiriblər.
Mənbə:> Azadliq.info