Azərbaycanlı biznes-ledi rusiyalı məşhurlarla bir arada – FOTO
Moskvadakı “Qoqol-sentr” teatrının yaranmasının 3 ili tamam olub.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə teleaparıcı Kseniya Sobçak, “GQ” jurnalının rus-dilli versiyasının baş redaktoru, rus-dilli “Forbes” jurnalının rəhbəri Nikolay Uskov, Viktoriya İsakova, Andrey Fomin və digər məşhurlar iştirak ediblər.
Mərasimdə Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel də olub.
Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükanlarının sahibidir.
“Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi brendləri Rusiya bazarında təmsil edir.
37 yaşlı azərbaycanlı iş qadınının həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir.
Cütlüyün bir qızı və bir oğlu var.
Mənbə:> Oxu.Az