Azərbaycanlı teleaparıcı zəhərləndi » AzNews.info -Xəbər portalı

Azərbaycanlı teleaparıcı zəhərləndi – FOTO

Azərbaycanlı teleaparıcı zəhərləndi


Tanınmış teleaparıcı Zaur Nəbioğlu xəstəxanaya yerləşdiriib. ANS PRESS-in məlumatına görə, ANS TV-də yayımlanan "A-dan Z-yə" proqramının aparıcısı dünən qatıldığı tədbirdə yediyi yeməkdən zəhərlənib.

Tədbirdən sonra özünü pis hiss edən Zaur təcili tibbi yardım çağırmağa məcbur olub. 1 saylı Bakı Tibb Mərkəzinə yerləşdirilən aparıcıya ilkin tibbi yardım göstərilib. Hazırda aparıcının vəziyyəti qənaətbəxşdir.

Zaur Nəbioğlu xəstəxanada çəkdiyi fotoları sosial şəbəkədə paylaşıb.

"ALLAH hər kəsə kömək olsun. Bir neçə dəfə zəhərləndiyimi düşünmüşəm, demək səhv etmişəm. Əsl zəhərlənmək belə olurmuş... Sizdən uzaq..." - yazaraq, ciddi şəkildə zəhərləndiyini qeyd edib.

Onunla eyni tədbirdə olan Moskvada fəaliyyət göstərən Azərbaycan mədəniyyət studiyasının rəhbəri Samira Zeynalova da zəhərlənib. Samirə xanım Zaurun statusunun altına şərh yazaraq, özünün də zəhərləndiyini, lakin bundan tez xəbər tutduğu üçün vəziyyətinin ağırlaşmadığını bildirib.

Azərbaycanlı teleaparıcı zəhərləndi
Zaur Nəbioğlunun sosial şəbəkədə paylaşdığı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *