Bu xəbər sosial şəbəkəyə bomba kimi düşdü: “Kriştiano Ronaldo öldü”
Braziliyalı televiziyalı aparıcı bir gündə bütün dünyanın dilinə düşüb.
ANS PRESS-in məlumatına görə, Braziliyada televiziyalardan birində aparıcının canlı efirdə buraxdığı səhv sosial şəbəkədə “bomba effekti” yaradıb. Bir anda bütün tamaşaçılar və internet istifadəçiləri məlumatı dəqiqləşdirməyə çalışıblar. Belə ki, xanım teleaparıcı braziliyalı müğənni Kriştiano Araxuonun ölüm xəbərini verərkən, çaşaraq Real Madirdin portuqaliyalı ulduzu Kriştiano Ronaldonun adını çəkib.
Beləliklə də aparıcının səhvi onu gün ərzində sosial şəbəkədə ən çox danışılanlardan biri edərək, internet fenomeninə çevirib.
Mənbə:> ANSPRESS