Ronaldonun adı göylərdən gələcək
“Real”ın hücumçusu Kriştianu Ronaldonun adı bu dəfə göylərdən gələcək.
ANS PRESS-in məlumatına görə, “Real Madrid”in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo artq sadəcə yaşıl meydanların ulduzu deyil, eyni zamanda qallaktikalardan biridir.
Astronomik Tədqiqatlar Təşkilatı bu günədək görülə bilən ən parlaq qallaktikanı kəşf ediblər. Sonuncu dəfə kəşf edilən qallaktikaya sıra nömrəsinə uyğun olaraq CR6 adı verilmişdi. Bu yeni kəşf edilənə isə CR7 adının verilməsi 7 nömrə altında çıxış edən Ronaldonun ləqəbi CR7-ni ağla gətirir.
Qeyd edək ki, “COSMOS Redshift 7” (CR7) qallaktikasının düyadan 12.9 milyard işıq ili uzaqlıqda olduğu açıqlanıb.
Mənbə:> ANSPRESS