Rusiyada daha bir azərbaycanlı qızı oğurladılar
Sankt-Peterburqun Kalinin rayonunda qafqazlı gəlin qaçırılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən saat 17:00 radələrində polisə qaz şirkətində çilingər işləyən azərbaycanlı müraciət edib. O bildirib ki, saat 11-də “Politexniçeskaya” metro stansiyası yaxınlığında naməlum cinayətkar onun 21 yaşlı qızını qaçırıb. Qızı “ləhcə ilə danışan açıq saçlı kişi” ağ maşında aparıb. Hadisə qızın 24 yaşlı bacısının gözləri qarşısında baş verib.
Polislər hadisə yerinə gələrkən Pedaqoji universitetin tələbəsi olan “oğurlanmış gəlinin” Kalinin rayon prokurorunun adına məktubunu aşkar ediblər.
Qız valideynlərinin müraciətinə əsasən araşdırma aparmamağı xahiş edib, belə ki, ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib və onun heç kəsdən şikayəti yoxdur.
Mənbə:> Oxu.Az