Neftin bahalaşma səbəbi açıqlandı
Venesuella hökuməti bəyan edib ki, 6 OPEK və 2 qeyri-OPEK ölkəsi qurum tərəfindən fövqəladə iclas keçirilməsi şəraitində bu iclasa qatılmağa hazırdır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, analtiklər hesab edir ki, neftin qiymətininn 35 dolları keçməsi məhz bu amil ilə də bağlı ola bilər.
Qeyd edək ki, neftin qiymətləri bu həftə 10%-lik itki və qazanc arasında dalğalanıb. Qiymətlər hələ ki, İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra, neft ixracını artırmağa hazırlanması, ABŞ-da yüksək neft ehtiyatlarının təsiri ilə aşağıdır.
Belə ki, ABŞ-da neft ehtiyatları ötən həftə, dünən açıqlanana rəsmi məlumatlara görə, 502,7 milyon barelə çataraq, 1982-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.
Bəzi analtiklər isə bildirir ki, neftin qiymətləri yenidən aşağı düşəcək. Belə ki, analtiklərə görə, 6 OPEK və 2 qeyri-OPEK ölkəsi hasilatın azaldılması ilə bağlı qərar qəbul etsə belə, bazara neft çıxarmağa hazır olan kifayət qədər istehsalçı var.
Xatırladaq ki, bu gün neftin qiymətləri təxminən 7%-dən çox bahalaşıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli