Azərbaycan nəhəng bərələr tikir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı ilə bağlı texniki imkanları nəzərdən keçirir.
QSC-dəki mənbədən Trend-ə verilən məlumata görə, Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə yüklərin daşınmasının potensial dinamikasını nəzərə alaraq, 54 vaqon tutumlu yeni bərələrin və 53 yük maşını tutumlu "Ro-Pax" növlü gəmilərin tikintisi məsələsi nəzərdən keçirilir.
"Bundan başqa, Xəzərdə 100 vaqon tutumlu bərələrin tikintisi və istismarı da nəzərdə tutulur, lakin bu, uzaq gələcək üçün düşünülür", - mənbə bildirib.
Qeyd edək ki, hazırda QSC-nin balansında müxtəlif tutumlu 14 bərə var.
Mənbə:> Trend