LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib

LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib


LUKOİL-un rəhbəri Vahid Ələkbərov keçən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində mümkün iştirakı barədə razılığa gəlib. Səfərdə mübadilə əməliyyatlarının müzakirə edildiyi də istisna olunmur.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə RF Energetika Nazirliyinin rəhbəri Anatoli Yanovski bildirib.

“Mən bilirəm ki, keçən həftə Aleksandrov İranda olub. Onlar LUKOİL-un bir neçə hasilat layihəsində mümkün iştirakına dair razılığa gəliblər”, - Yanovski deyib.

Keçən həftə, yanvar ayının 24-də İranın “Press TV” kanalı İran Milli Neft Şirkətinin (NİOC) Neft yataqlarının kəşfiyyatı şöbəsinin rəhbəri Hörmoz Kalavanda istinadən İran və LUİKOİL-un karbohidrat yataqlarının axtarışı üzrə 6 milyard dollar məbləğində saziş bağladıqlarına dair məlumat yayıb. Bu məlumata dair LUKOİL şərh və təsdiq verməyib.

Yanovski jurnalistlərlə söhbətində LUKOİL-un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etmir.

“Neft satışı üzrə məsələlər də, düşünürəm ki, mübadilə əməliyyatları da müzakirə edilib, çünki LUKOİL-un Xəzərdə və Xəzərə çıxış ilə Volqada NEZ hasil etdiyi nefti var, ona görə də çox güman ki, mübadilə əməliyyatları da müzakirə edilib. Yəni Rusiya nefti İrana, şimala çıxarıla bilərdi, İran isə bunun qarşılığında İran körfəzində LUKOİL-a və ya digərlərinə müvafiq neft həcmini tədarük edə bilərdi”, - nazir müavini ehtimal edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *