İsveçrə Malayziyadan itmiş milyardların tapılmasında yardım istəyib
İsveçrənin prokurorluğu Malayziya hakimiyyətinə Malayziya dövlət İnkişaf Fondundan itmiş dörd milyard dolların tapılması istiqamətində aparılan istintaqa yardım göstərməsi üçün rəsmi sorğu göndərib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
İsveçrə müstəntiqləri hesab edirlər ki, pullar Malayziyanın sabiq məmurları tərəfindən İsveçrədəki hesablara köçürülüb.
Malayziyanın baş naziri Nəcib Razak daha öncə İnkişaf Fondunun hesabından onun hesabına böyük məbləğdə pulların köçürüldüyünə dair ittihamları təkzib etmişdi.
Çərşənbə axşamı ölkənin baş prokuroru, baş nazirə qarşı rüşvətxorluq ittihamlarının əsassız olduğunu, onun hesabına daxil olan 681 milyon dolların isə Səudiyyə Ərəbistanının kral ailəsinin ianəsi olduğunu elan edib.
Mənbə:> Oxu.Az