“Unibank”ın rəhbəri mühüm vəzifəyə təyinat aldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Unibank”ın rəhbəri mühüm vəzifəyə təyinat aldı

“Unibank”ın rəhbəri mühüm vəzifəyə təyinat aldı


Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının rəhbərliyində dəyişiklik olunub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Çingiz Əsədullayev Fondun Himayəçilik Şurasının sədri vəzifəsini tərk edib.

Onun yerinə “Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov təyin edilib.

E. Qəribov bu ilin yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.

Hazırda Fondun Himayəçilik Şurasının sədr müavini İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizovdur.

Bundan başqa, Himayəçilik Şurasında Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova, Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsinin böyük inspektoru İsi Mustafayev, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov təmsil olunur.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *