5 ildən sonra iş tapılmayacaq – VİDEO
Robotlar milyonlarla insanı işindən edəcək.
Robotlardan istifadənin sürətli şəkildə yayılması başda Almaniya olmaqla sənaye ölkələrində 2021-ci ilə qədər milyonlarla insanın iş yerini itirməsinə səbəb olacaq.
Axar.az xəbər verir ki, beş ildən sonra texnologiya sahəsi istisna olmaqla, digər sahələrdə kütləvi ixtisarlar gözlənilir.
Məlumatlara görə, növbəti 5 ildə kompüterlərlə maşın idarə edilməsi, robotların xəstələrə baxması proqnazlaşdırılır. Həmçinin iş saatının azalması və yükün böyük hissəsinin robotların üzərinə düşəcəyi gözlənilir.
Qeyd edək ki, “robot” sözü ilk dəfə olaraq çexiya yazıçsı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənib.
Robotlar — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirən funksiyalara sahibdirlər.
Mənbə:> Axar.az