Böyük Britaniyada seks-robotların qadağan olunmasını tələb edirlər
Texnoloji şirkətlər süni intellektə malik seks-robotlarının istehsalını dayandırıblar. Bu robotlar bəşəriyyətin gələcəyi üçün təhlükə yaradırlar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəhbərləri hesab edirlər ki, bu maşınlar fahişəliyinin artmasına və insanların seksual münasibətləri hissiyatsız bir əyləncə kimi qəbul etməyə təhdid edir.
Lester şəhərindəki Monfort universitetinin alimi Ketlin Riçardson iddiia edir ki, seks-robotlar gender bərabərsizliyini gücləndirir, və qadınları səssiz və itaətkar seks obyekti kimi göstərir. Uşaq formasında olan robotlar isə pedofiliyanın yayılmasına kömək edir.
Şirkət rəhbərləri mühəndisləri seks-texnologiyalardan imtina etməyə və insanın azadlığı və ləyaqəti prinsiplərinə uyğun ixtiralar ilə məşğul olmağa çağırıb.
Mənbə:> Oxu.Az