“Günəşli” yatağında yeni quyu istismara verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Günəşli” yatağında yeni quyu istismara verildi

“Günəşli” yatağında yeni quyu istismara verildi


Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.

“Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2960-2924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir”, - deyə SOCAR-dan qeyd edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *