Erməniləri gözləyən faciə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Erməniləri gözləyən faciə

Erməniləri gözləyən faciə


Ermənistanda ötən il yoxsulluğun səviyyəsi 32% olub. 2012-ci ildə isə 32,4% təşkil edib.

ANS PRESS-in АРКА agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin Ev təsərrüfatlarının tədqiqatları şöbəsinin rəisi Diana Martirosova "Ermənistanın sosial və yoxsulluq xəritəsi" adlı məruzəsinin təqdimatınada bildirib.

Dünya Bankının köməyi ilə Ermənistanın Milli Statistika Xidməti tərəfindən hazırlanan məruzə bu ölkənin 2008-2013-cü illərdəki həyat səviyyəsindəki dəyişikliklərin qiymətləndirilməsi məqsədi daşıyır.

Məruzəyə əsasən, ötən ildə ölkə əhali arasında kasıbların sayı təqribən 967 min nəfər təşkil edib. Bu isə o deməkdir ki, ölkə əhalisinin hər üçündən biri kasıbdır. Onlardan 13,3% çox kasıb hesab edilir, son dərəcə kasıb olanlar isə 2,7% təşkil edir.

Xanım şöbə müdiri deyib ki, ölkədə çox kasıb vətəndaşların sayı 402 min nəfərdir. Son dərəcə kasıbların sayı isə 82 minə çatıb. Belə olan halda 2013-cü ildə ekstremal yoxsulluğun səviyyəsi 2008-ci ilin göstəricini ötüb: "2013-cü ildə yoxsulluğun səviyyəsi 5,9%, 2008-ci ildə 5,1% olub.

D.Martirosovanın sözlərinə görə, 2013-cü ildə şəhər və kəndlərdə yoxsulluğun səviyyəsinin arasında fərq kiçikdir. Belə ki, kənd ərazilərində bu göstərici 31,7%, şəhərlərdə isə 32,2% təşkil edir.

Məruzədə 48 şəhər və 202 kənd üzrə 5184 ev təsərrüfatında aparılmış tədqiqatlar əksini tapıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *