Azərbaycan maliyyə sektoruna investisiyanı azaldıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan maliyyə sektoruna investisiyanı azaldıb

Azərbaycan maliyyə sektoruna investisiyanı azaldıb


Cari ilin yanvar-noyabr ayları ərzində maliyyə mənbələrində əsas kapitala yönəldilmiş vəsaitin 0,1%-i və ya 19,6 mln. manatı maliyyə və sığorta fəaliyyətinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azdır.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

“2015-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 438,8 milyon manat vəsait yönəldilib, onun 8 milyard 835,3 milyon manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 milyard 689,5 milyon manatı və ya 32,5%-i xidmət sahələri üzrə obyektlər, 914 milyon manatı və ya 6,3%-i isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub”, - deyə DSK-nın məlumatında deyilib.

Xatırladaq ki, bu müddətdə maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitlərin 7,6%-i və ya 1 milyard 94,8 milyon manatı bank kreditləri olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *