Nazir: Azərbaycanlılar Yeni ili Vətəndə keçirəcəklər
Yeni il bayramı günləri üçün Azərbaycanın turizm regionlarında hotellərdə yerlərin 70-75, bəzi yerlərdə isə hətta 90 faizi artıq sifariş olunub.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, bu, vətəndaşların Yeni ili xaricdə yox, Azərbaycanda keçirəcəyini göstərir.
Onun sözlərinə görə, süni qiymət artımına yol verilməməsinə çalışılır:
“Sözsüz ki, manatın devalvasiyasının qiymətlərə təsiri olacaq. Amma bu təsirin tənzimlənməsi daxili bazardan asılıdır. Bazardakı qidanın qiyməti qalxacaqsa, sözsüz ki, hoteldə də qiymət artmalıdır, artmayacaqsa, hoteldə də qiymət artmayacaq. Bunlar bir-birinə bağlıdır”,- deyə nazir qeyd edib.
Mənbə:> APA