Nazir: "Nə otelim var, nə şirkətim..."
Nazir məmurların otellərə sahib olmasından danışdı
"Mən dövlət qulluğu haqda qanuna riayət edirəm."
Bunu müsahibəsində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Azərbaycanda məmurların şəxsi otellərinin olması ilə bağlı məsələyə toxunan nazir hər bir vəzifəli şəxsin dövlət qulluğu haqqında qanuna riayət etməli olduğunu vurğulayıb.
"Dövlət qulluğu haqqında qanun var, şəxsən mənim nə otelim var, nə şirkətim var. Yəni şəxsən mən deyə biərəm ki, buna riayət edirəm, mən eşitməmişəm ki, hansısa nazirin, hansısa məmurun adının üstündə hansısa otel var, bu, turizm sənayesinə aid olmayan bir məsələdir, şirkət tikinti və ya başqa işlə məşğul ola bilər, mənim sahəmə gələndə mən arzu edərdim ki, gələcəkdə turizmə sərmayə daha çox olsun", -deyə nazir bildirib.
Əbülfəs Qarayevlə daha geniş müsahibəyə bu gün saat 21-00-da Mirşahin Ağayevin təqdimatında “Hesabat” verilişində baxa bilərsiz.
Mənbə:> ANSPRESS