Ziya Məmmədov “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Ziya Məmmədov “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışdı

Ziya Məmmədov “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışdı


Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tehranda Xəzəryanı region dövlətlərinin nəqliyyat nazirlərinin üçüncü görüşündən sonra bəyan edib ki, Astarada İran və Azərbaycanın dəmir yolları birləşdirildiyi halda bu ölkələrdən keçəcək yük tranzitinin illik həcmi 10-15 mln. ton təşkil edə bilər.

Oxu.Az İran mətbuatına istinadən xəbər verir ki, Ziya Məmmədovun sözlərinə görə, İran tərəfi ilə iki ölkənin dəmir yollarının birləşdirilməsi haqqında danışıqlar 10 ildən çoxdur ki, aparılır və bir müddət əvvəl Astarada bu problemi həll etməyə imkan verəcək körpünün salınması barədə razılıq əldə olunub.

Nəqliyyat naziri qeyd edib ki, regionda mühüm tranzit layihələrinə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması da aiddir, lakin bu dəhlizin formalaşdırılması və aktiv istifadəsi üzrə danışıqlar 10 ildən çoxdur ki, davam edir.

Ziya Məmmədov qeyd edib ki, Xəzəryanı region ölkələrinin nəqliyyat nazirlərinin görüşləri nəqliyyat daşınmalarının təhlükəsizliyinin artırılması, yük və sərnişinlərin nəqli prosesinin asanlaşdırılması, yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, nəqliyyat sahəsində əməkdaşlığa mane olan maneələrin aradan qaldırılması və Xəzəryanı ölkələr arasında qarşılıqlı anlaşmaya nail olmaqdır.

Nəqliyyat nazirlərinin Tehranda baş tutmuş 3-cü görüşünün bəyanatında hava, dəniz, avtomobil və dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, həmçinin region ölkələrinə səfərlər edən sərnişinlərə keyfiyyətli xidmətin təşkilinin zəruriliyi qeyd olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *