Azərbaycanda pensiyalar artırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda pensiyalar artırılacaq

Azərbaycanda pensiyalar artırılacaq


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağına aydınlıq gətirib.

Məlumata görə, DSMF sədri bildirib ki, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: "Bu da illərdir davam edən məsələdir. Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb. Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq".

Fond sədri əlavə edib ki, bu, qanunvericiliyin normasıdır: "2006-cı ildən bu yana Prezident məsələ ilə bağlı 9 belə sərəncam imzalayıb. Yəni, heç nə yeni deyil. Hər şey öz axarı ilə gedir. Təbii ki, bu işlərin reallaşdırılması üçün kifayət qədər vəsait var. Ümumilikdə götürdükdə bu sahədə heç bir problem yoxdur".

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *