Bütün müğənnilər Vergilər Nazirliyinə çağırıldı – SON DƏQİQƏ
Bu gün müğənnilər Vergilər Nazirliyinə çağırılıb.
Əməkdar artist Ədalət Şükürov Gün.Az-a açıqlamasında bildirib ki, onlarla ayrı-ayrılıqda söhbət edilib.
Vergi borclarına görə onlara cərimə tətbiq edildiyi bildirilib:
“Hamımızı Vergilər Nazirliyinə çağırdılar. Oturduq, çay içdik, söhbət etdik, vəziyyəti başa saldılar. Bildirdilər ki, mən 10 ildir vergi ödəyirəm, ona görə də cəriməmin məbləği azdır. Müğənnilər var ki, ümumiyyətlə, vergi ödəməyib. 2005-ci ildən bu yana hər ilin sonu öz hesabatlarımı vermişəm”.
Qeyd edək ki, Vergilər Nazirliyi gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin siyahısını hazırlaması haqqında açıqlama vermişdi. Bildrimişdi ki, onların siyahısı hazırlanaraq cərimə tədbiq ediləcək.
Mənbə:> Gün.az