Vergilər Nazirliyi 11 əməkdaşını işdən çıxartdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər Nazirliyi 11 əməkdaşını işdən çıxartdı

Vergilər Nazirliyi 11 əməkdaşını işdən çıxartdı


2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması (vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti yaxud hərəkətsizliyi) ilə əlaqədar 360, korrupsiya hüquqpozmaları ilə əlaqədar 146 şikayət daxil olub.

Nazirliyin analitik-informasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, həmin şikayətlərin araşdırılması nəticəsində, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərini pozmuş 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 7 əməkdaş aşağı vəzifəyə keçirilib, 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilib.

Nazirlikdən bildirilib ki, hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *