Facebook profilində ABŞ bayrağını yerləşdirənlər Amerika vizasını rahat ala biləcəklər » AzNews.info -Xəbər portalı

Facebook profilində ABŞ bayrağını yerləşdirənlər Amerika vizasını rahat ala biləcəklər

Facebook profilində ABŞ bayrağını yerləşdirənlər Amerika vizasını rahat ala biləcəklər


Xarici vətəndaşlardan ABŞ-a viza almaq barədə sorğulara baxarkən Amerikanın dövlət idarələrinin əməkdaşları zəruri bildikləri hallarda ərizəçinin sosial şəbəkələrdəki akkauntlarını da nəzərdən keçirəcəklər.

Oxu.Az xəbər verir ki, ABŞ Dövlət departamentinin rəsmisi Con Kirbi dekabrın 14-də keçirdiyi brifinqdə bunu təsdiqləyib.

Onun sözlərinə görə, məmurlar hər ərizəçiyə fərdi qaydada yanaşacaqlar.

Bu işi həm Dövlət departamenti, həm də Daxili təhlükəsizlik departamenti həyata keçirəcək.

Amerika vizasına iddiaçıların sosial şəbəkədəki aktivliyinin yoxlanılması barədə məsələ Kaliforniyada kütləvi qətllə bağlı işin təhqiqatı zamanı ortaya çıxıb.

Cinayəti törətməkdə şübhəli bilinən etnik pakistanlılar – Sayed Rizvan Faruk və onun həyat yoldaşı Taşfin Malik 2014-cü ildə nikah vizası üzrə ABŞ-a köçüblər.

Cinayətdən bir qədər əvvəl Malik Facebookda İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini tərifləyən şərh yazıbmış.

Kaliforniyada, Seb-Bernardinoda atışma dekabrın 2-də baş verib. Sosial təminat mərkəzinin konfrans zalına daxil olan cinayətkarlar insanlara atəş açmağa başlayıblar. Hadisə nəticəsində 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb.

Faruk və Malik atışma zamanı öldürülüblər. FTB baş vermiş hadisəni terror aktı adlandırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *