Yapon nəhəngi Rusiya bazarından çıxdı
Yaponiyanın “Toşiba” şirkəti Rusiya bazarından çıxıb.
Axar.az xəbər verir ki, “Kommersant” qəzeti şirkətin Rusiya bazarından yüksək rəqabətlilik və rublun kursunun qeyri-stabil olması səbəbindən çıxdığını yazıb.
Qeyd edək ki, bundan əvvəl mətbuat Rusiya hökumətinin “Toşiba” şirkətinə rekord məbləğdə cərimə kəsəcəyi haqda informasiya yaymışdı.
“Toşiba” şirkəti 1939-cu ildə yaradılıb. Şirkət dünyanın ən böyük 5 fərdi kompüter istehsalçısından biridir.
Mənbə:> Axar.az