Rusiya şirkəti Ermənistanı elektrik təchizatında fasilələrlə hədələyib » AzNews.info -Xəbər portalı

Rusiya şirkəti Ermənistanı elektrik təchizatında fasilələrlə hədələyib

Rusiya şirkəti Ermənistanı elektrik təchizatında fasilələrlə hədələyib


“Ermənistan elektrik şəbəkəsi” (Rusiyanın “İnter RAO” şirkətinin törəməsidir) şirkətinin baş direkrtoru Yevgeni Bibin İctimai xidmətlərin tənzimlənməsi üzrə Komissiyanın (İXTK) sədri Robert Nazaryana məktub yazıb. Məktubda əgər 1 kVt/s 6.93 drama qədər yüksələrsə EEŞ-in fasiləsiz elektrik enerjisinin verilməsini təmin edə bilməyəcəyi göstərilib.

Oxu.Az xəbər verir ki, məktubun surəti “Joxovurd” qəzetində dərc edilib.

“Şirkət çatdırılan elektroenerjinin keyfiyyət və etibarlılığını, eləcə də lazımi təklif edilən xidmətlərin yaxşılaşdırılması və qorunması üçün lazımi investisiyanın təminatına zəmanət verə bilmir”, - Bibinin cavabında deyilib.

EEŞ-in baş direktoru bildirib ki, əgər İXTK qiyməti 6,93 drama qədər qaldırmaq qərarını qəbul etsə, şirkət bu Komissiyaya “lisenziyalı fəaliyyətin həyata keçirilməsi imkanını müzakirə məqsədi ilə” müraciət edəcək.

“Başqa sözlə, EEŞ enerji təchizatını dayandırmaqla hədələyib”, - nəşr yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *