Bakıda işçiləri işsiz qoyan miqrantlar » AzNews.info -Xəbər portalı

Bakıda işçiləri işsiz qoyan miqrantlar – VİDEO

Bakıda işçiləri işsiz qoyan miqrantlar


Sumqayıtda məişət tullantıları poliqonunda 40 nəfər işçi işdən azad olunub.

ANS TV-nin məlumatına görə, Qubadlı rayonundan məcburi köçkün düşmüş şəxslər 1994-cü ildən Sumqayıt şəhəri məişət tullantıları poliqununda çeşidləmə işləri ilə məşğul olublar. Aldıqları isə qəpik-quruş olub.

"Pulumuzu zibilikdən çıxarırıq. Yəni şüşə qablar və dəmirləri yığıb satırdıq. Ancaq ötən ay poliqona yeni rəhbər təyin olunandan sonra qara günlərimiz başlayıb".

Müsahiblərim işdən azad edilib. Bir daha poliqon ərazisinə buraxılmayıblar. Hətta bura daxil olmağa cəhd edənlər döyülüb.

Deyirlər ki, poliqona ucuz işçisi qüvvəsi olaraq miqrantları gətiriliblər. Onlar da qanunsuz fəaliyyət göstərir.

Müsahiblərim indi tək istəyi var. Əvvəlki iş yerlərinə qayıtmaq.

Şikayətçi Mənsurə Adıgözəlova deyir ki, hazırda Sumqayıt şəhəri məişət tullantıları poliqununa yeni rəhbər təyin olunub: "Yeni rəhbərlik bizi ötən ayın 8-də işdən azad edərək bir qrup özbək əsilli vətəndaşları işə qəbul edib".

“Bizə xəbərdarlıq etmədən işdən azad ediblər. Bu məsələ ilə bağlı bura rəhbərlik edən Rahib adlı şəxsə müraciət etdik. Amma Rahib müəllim ona ünvanlanan müraciətə baxmadan bizə şəhidləri tanımadığını dedi”, – deyə şikayətçi Dilavər Cəfərov qeyd edib.

Ərazidə olarkən bir qrup şəxsin poliqon ərazisindən qaçdığını müşahidə etdik. Müsahiblərim poliqondan qaçan şəxslərin miqrantlar olduğunu dedi.

Həmin şəxslərdən biri ilə söhbət zamanı o, əslən Tacikistan vətəndaşı olduğunu bildirdi və burada aldadılaraq işlədildiyini dedi.

“Əslən Tacikistan vətəndaşıyam, amma özüm bura Özbəkistandan gəlmişəm. Heç bir sənədim yoxdur. Qısası məni aldadıblar. Mənə bildirmişdilər ki, burada tikinti işləri aparılacaq. Mən inşaatçıyam. Burada işləmək məcburiyyətindəyəm. Gündəlik olaraq bir qarın çörək yemək üçün poliqonda çeşidləmə işləri ilə məşğulam”, - deyə miqrant Akbar Musayev bildirib.

Daha sonra əraziyə poliqon rəhbərliyi gələrək bizə təzyiq göstərməyə başladı.

Bizə müsahibə verməkdən boyun qaçıran Əhəd adlı şəxs bildirdi ki, o, poliqonu icarəyə götürüb. Sözügedən miqrantlar qanuni fəaliyyət göstərir. Burada vaxtilə işləmiş işçilərin rəsmi olaraq onlara müraciət etmədiklərini qeyd etdi. Bu isə tərəflər arasında yenidən mübahisəyə səbəb oldu.

Hər halda görünən dağa nə bələdçi deyiblər. Bizim gördüyümüz dağın üstündə isə bələdçisiz qaçan miqrantlar idi.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *