Saakaşvili daha bir məmuru işdən çıxardı – VİDEO
İlyiçevsk dəniz ticarət limanının direktoru Yuri Kruk işdən azad edilib.
Oxu.Az Taymer-ə istinadən xəbər verir ki, bu barədə müəssisəyə səfər edən Odessa vilayəti dövlət administrasiyasının rəhbəri Mixeil Saakaşvili bildirib.
Xəbər verildiyi kimi, Krukun işdən azad edilməsinə dair sərəncam imzalanıb və qüvvəyə minib.
Xatırladaq ki, Saakaşvili İlyiçevsk dəniz ticarət limanının rəhbəri Yuri Krukun işdən azad edilməsinin labüd olduğunu bəyan etmişdi.
“Mən Odessa administrasiyasının rəhbəri təyin edildikdə, artıq limanın yeni rəisinin təyin edilməsi üçün müsahibə elan edilmişdi, mənim təyinatımdan sonra mənə məlum olmayan səbəblərdən bu müsahibə ləğv edildi. Şübhələnirəm ki, bu, Kiyevdə rüşvətxor lobbilərin işidir, belə ki, mənim təyinatımdan sonra Ukraynanı offşorlarda tranzaksiya və qaçalmalçılıq yolu ilə qarət edən köhnə qvardiyanı saxlamaq mümkün olmayacaq.
Düşünürəm ki, bu mərhələdə limanın rəhbəri cənab Kruk işdən azad edilməlidir”, - Saakaşvili bəyan edib.
Qeyd edək ki, Ukrayna infrastrukturunun naziri Andrey Pivovarski 5 dövlət müəssisəsinə rəhbər seçilməsi üçün müsahibə elan edilməsi barədə iyulun 21-də əmr imzalayıb. Bu müəssisələrin arasında İlyiçevsk dəniz ticarət limanı dövlət müəssisəsi də var.
Mənbə:> Oxu.Az