“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki... – FOTO

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...


İndi Sumqayıtda fərqli ab-hava yaşanır - yeni icra başçısının şəhərə gətirdiyi yeni ab-hava...

Ölkə başçısı sentyabrın 2-də Zakir Fərəcovu Sumqayıtın icra başçısı təyin edib. O, Sumqayıtda “yad adam” sayılmır. Uzun illər bu şəhərdə yaşayıb və işləyib. 1999-2004-cü illərdə Sumqayıt bələdiyyəsinin sədri də olub.

Fərəcov bu şəhərə başçı gələr-gəlməz aktiv fəaliyyətə keçib. Elə icra hakimiyyətinin inzibati binasının önündən başlayıb. Əvvəlki başçının göstərişi ilə illərdir qapalı olan yolu - hazırkı Bayraq meydanını açıb.

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...

“Azadlıq” müxbiri Sumqayıtla demək olar ki, yaşıd olan taksi sürücüsü Əbdül Məmmədovla elə həmin meydanda söhbətləşib.

Ə.Məmmədov deyir ki, bu yol bağlananı əslində qısa olan məsafəni qət etmək bir qədər çox vaxt aparırdı: “Bu yolun açılmağı çox yaxşı oldu. Gedib “kruq” vurub gəlməli olurduq, hələ bunun əlavə yanacağı, məsrəfi də öz yerində. İndi birbaşa yoldur, gedib-gəlirik”.

Bu ərazidə - Azərbaycan prospektində yaşayış binalarının üzlənməsinə də başlanıb. Müsahibə vermək istəməsələr də fəhlələrdən öyrənirik ki, işə bir neçə gündür başlayıblar. Binaların fasadları daş plitələrlə yenilənir. Amma hələ görünən odur ki, yenilənmə işləri binaların yola baxan hissəsində aparılır.

Mərkəz sayılan bu prospektdəki üzü yenilənən binaların həyətinə keçsən, fərqli mənzərə ilə rastlaşırsan. Bina sakinləri də bu mənzərədən dad edirlər.

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...
Ceyran Talıbova

Ceyran Talıbova deyir ki, keçmiş başçı Eldar Əzizovun qəbulunda olublar, yazılı müraciət ediblər ki, qum, daş-kəsək dolu, uşaqların oynaması üçün tam yararsız olan bərbad vəziyyətdə olan həyətlərə əl gəzdirilsin: “Evə gedəndə mütləq ayaqlarımızı, ayaqqabılarımızı yumalı oluruq. Uşaqlarımız bütün gün qumun içində oynayır. Ərizəmizi keçmiş başçı Eldar müəllimə verdik, dedi düzəldəcəyik. Bizə nümayəndə qoşdular, gəlib gördülər və özləri də dedilər ki, pis gündədir. Dedilər düzəltdirəcəyik, amma heç nə etmədilər.

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...


Elə indi oturub qonşularla onu danışırdıq ki, bəlkə gedək, yeni başçıya müraciət edək. Həm də istilik sistemimiz yoxdur, binanın şiferləri çox pis vəziyyətdədir, su evlərə axır. “JEK”ə pul ödəyirik, amma deyəndə düzəldin, deyirlər ki, bizim işimiz deyil”.

Bina sakini 4 uşaq anası Amaliya Kaşıkçı da deyir ki, həyətə çıxıb normal hava almaq mümkünsüz olub:
“Kanalizasiya sistemi də yaman gündədir, su basıb blokların qarşısını. Bordürləri, ağacların kötüyünü ağardırlar, bizə bunlar lazım deyil. Bizə lazımdır ki, buraları abadlaşdırsınlar, uşaqlara şərait yaratsınlar. Mən hər dəfə 4 uşaqla parka gedib çıxa bilmirəm axı. Belə olmaz”.

Amaliya Kaşıkçı şəhərdə dövlət nəzdində olan əksər uşaq bağçalarının, uşaq xəstəxanasının da təmirə ehtiyacı olmasından danışır: “Təmirli dövlət bağçaları uşağı 700-800 manata qəbul edir. Axı hamının buna imkanı çatmır. O biri bağçalar da bərbad vəziyyətdədir, heç ayağını qoyub içəri keçə bilmirsən, infeksiya mənbəyidir. Uşaq xəstəxanası elə vəziyyətdədir ki, ora gedib infeksiyaya yoluxmamaq mümkün deyil. Bunlara dövlət baxmalıdır da”.

Söhbətləşdiyimiz Sumqayıt sakinlərinin dərdləri bununla da bitmir. İşsizlik buraların da həllini gözləyən ən vacib problemidir: “Əsas odur ki, iş-güc olsun, camaat işləyib maaşını ala bilsin. Zavodlarımız var idi, elə onları işə salsalar, camaat işsiz qalmaz. Sumqayıtda iş yeri yoxdur, hamı Bakıya gedir. İş yerləri çox olmalıdır. Müəssisələr, zavodlar işləsə, elə bəs edər. Amma əksinə, indi eşidirik ki, Sumqayıt Texnologiyalar Parkında ixtisarlar başlayıb. Gör indi nə qədər adam işsiz qalacaq”.

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...


Sakinlər yeni başçıdan abadlıq, sosial problemlərin həllini, işsizliyin azaldılmasını gözlədiyi məqamda Zakir Fərəcov əvvəlcə məmurları. necə deyərlər, ələkdən keçirir, bəzilərinin adını isə işsizlər siyahısına yazır.

Mətbuatın yazdığına görə, sentyabrın 8-də yeni başçı məmurlarla görüş keçirib. İlk tənqid hədəfinə təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov gəlib.

“Fərəcov islahatları” başladı, sakinlər isə deyir ki...
Vaqif Ələkbərov

V.Ələkbərovu məktəb direktorlarından qanunsuz pul yığmaqda günahlandıran başçı onu işdən azad edib.

Məsələ ilə bağlı Vaqif Ələkbərovun mövqeyini öyrənməyə çalışdıq. O, işdən çıxarıldığını təsdiqləsə də bu barədə danışmağa ehtiyac görmədiyini dedi.

Sumqayıt Şəhər Arxitektura və Memarlıq Idarəsinin rəis müavini Kamil Məmmədov, şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də bələdiyyə sədri Əbülfəz Babayev də öz fəaliyyətlərinə, daha doğrusu, görməli olub da görmədikləri işə görə tənqid olunanlar sırasında olub.

Yeni başçı ilə görüşüb bütün bunlar ətrafında daha dolğun məlumat almağa, görəcəyi işləri, planları soruşmağa cəhd etsək də bizi icra hakimiyyətində qəbul edən olmadı.

Bildirdilər ki, hazırda idarədə hər kəs və hər şey yerinə oturuşmayıb deyə sentyabrın 20-dən sonra müraciət etməyimiz məsləhətdir.

Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *