Binəqədinin icra başçısı: “Üzlüklərə sertifikatı FHN verib” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Maraqlı

Binəqədinin icra başçısı: “Üzlüklərə sertifikatı FHN verib”

Binəqədinin icra başçısı: “Üzlüklərə sertifikatı FHN verib”


“Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib… Baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...

Mən Fövqəladə Hallar Nazirliyinin sertifikatına baxıb, razılıq vermişəm”.

Bunu “Yeni Müsavat”a müsahibəsində yanan bina və üzlüklərdən danışarkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

“Üzlüklər çəkiləndən sonra Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlar işə baxıb, onu təhvil aldılarmı” sualına cavabında isə başçı bildirib ki, onu şirkətlər özləri eləməlidirlər: “Bu, icra hakimiyyətinin işi deyil. Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *