Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub » AzNews.info -Xəbər portalı

Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub

Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub

“Epidemiya aşkarlanan zaman ölkə karantin elan edir”.

Türkiyənin bəzi rayonlarından mal-qara və heyvan mənşəli məhsulların idxalına qoyulmuş məhdudiyyət karantin müddəti başa çatdıqdan bir il sonra tam aradan qaldırılacaq.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu, dabaq epidemiyasının aşkarlanması zamanı nəzərdə tutulmuş normal prosedurdur.

"Dabaq epidemiyası aşkar ediləndə ölkə, adətən, 21 gün davam edən karantin elan edir. Bundan sonra Beynəlxalq Epizootik Bürosu karantinin başa çatmasını elan edir, lakin epidemiyanın aşkarlandığı ərazidən mal-qaranın, onların ətləri və ya bu ətdən istehsal edilmiş məhsulların idxalı 1 il ərzində məhdudlaşdırılır", - deyə Y.Xanvəli qeyd edib.

Beynəlxalq Epizootik Bürosu ötən həftə Türkiyədə dabaq epidemiyasının aşkarlanması barədə məlumat yaymışdı.

Dövlət Xidmətindən bildiriblər ki, Azərbaycanda dabaq və digər infeksiya xəstəlikləri ilə bağlı epizootik vəziyyət sabitdir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *