Bakıda BMW X5 cəmi 9500 manata satıldı » AzNews.info -Xəbər portalı

Bakıda BMW X5 cəmi 9500 manata satıldı

Bakıda BMW X5 cəmi 9500 manata satıldı


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 17-də keçirilən hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə 9 avtomobil satılıb.

Belə ki, 2006-cı il istehsalı olan BMW X5, BMW 320 I, BMW 320 I, müvafiq olaraq 9582 manat, 4272, 4272 manata satılıb.

Bundan başqa, komitədən bildirilib ki, 2005-ci il istehsalı olan Mercedes Benz E 240 avtomobili 6117 manata, 2007-ci il istehsalı olan Nissan Sunny, Tofaş Doğan isə müvafiq olaraq, 2966 və 2287 manata satılıb.

“2004-cü il istehsalı olan UAZ-31519-017 1762 manata, 2000-ci il istehsalı olan Nissan Maxima 2610 manata, 2002-ci il istehsalı olan Tofaş Doğan isə 1812 manata alınıb”, - deyə komitədən qeyd edilib.

Qeyd edək ki, satılan bütün avtomobillərin start qiyməti ilə satış qiyməti eyni olub.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2006-ci il istehsalı olan BMW X5 qiyməti 19 500 dollar, 2007-ci il istehsalı olan Tofaş Doğanın qiyməti 5000 dollar, 2007-ci il istehsalı olan Nissan Sunny-nin qiyməti 6500 dollardır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *