Rusiyada 60 türk iş adamı saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Rusiyada 60 türk iş adamı saxlanıldı – FOTO

Rusiyada 60 türk iş adamı saxlanıldı


Rusiyanın Krasnodar şəhərinə “Yuqarqo” kənd təsərrüfatı sərgisində iştirak etmək üçün gələn 22 türk şirkətindən 60 iş adamı miqrasiya xidməti tərəfindən nəzarət altına alınıblar. Səbəb isə onların Rusiyaya turist vizası ilə gəlmələridir.

Oxu.Az “RotaHaber”ə istinadən xəbər verir ki, bir gün nəzarət altında saxlanılan iş adamları səhərisi gün məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə qarşısına çıxan iş adamlarına 4 min rubl (80 dollar) cəza verilib.

İş adamlarının birbaşa Soçiyə yollanacaqları, bir müddət orada qaldıqdan sonra ölkədən xaric ediləcəkləri bildirilib.

CNN TÜRK-ün əlaqə qura bildiyi Cenk Baykara viza rejimi qarşılıqlı şəkildə aradan qaldırıldıqdan sonra Rusiyaya bütün sərgilərə turist qismində getdiklərini söyləyib.

“İndiyə qədər heç belə bir yanaşma olmamışdı. Başımıza nə gələcəyini bilmirik, burada girov qaldıq”, - deyə, Cenk Baykara bildirib.

Saxlanıldıqları zaman polis onlara “təyyarəni vurdunuz, alın indi” deyib.

Sərginin təşkilatçıları hadisəni təsdiqləyib, onların məhkəmə qarşısına çıxdıqlarını və baş verən hadisələri izlədiklərini bildiriblər.

Rusiyada 60 türk iş adamı saxlanıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *