Azərbaycanlı iş adamı ruslara türk qarpızı satacaq
Azərbaycanlı iş adamı türk qarpızını Rusiya bazarına çıxarır.
ANS PRESS-in məlumatına görə, Qalib Məmmədov Çukurovanın qarpızını satışa çıxaracaq.
Q.Məmmədov rusların qarpızı çox sevdiyini deyib.
O, Adanaya səfər edərək ona məhsul satacaq iş adamı Mehmet Kaya ilə görüşüb.
Məmmədov hədəfinin Türkiyədən ildə 100 milyon dollarlıq qarpız və meyvə-tərəvəz almaq olduğunu deyib.
Azərbaycanlı iş adamı Mersin yolu üzərindəki soyuq hava anbarlarını gəzib, qarpızları yoxlayıb, əriklərin dadına baxıb.
Mənbə:> ANSPRESS