Nazirlikdən yeni kampaniya - pulsuz internet veriləcək » AzNews.info -Xəbər portalı

Nazirlikdən yeni kampaniya - pulsuz internet veriləcək

Nazirlikdən yeni kampaniya - pulsuz internet veriləcək


20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumları xüsusi kampaniyaya başlayır.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu kampaniya müddətində texniki imkanlara uyğun olaraq güzəştli şərtlərlə telefon çəkilişləri təşkil ediləcək. Mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi, həmçinin CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdiriləcək.

Aşağı tutumlu İnternet xidmətləri abunəçiləri üçün xüsusi güzəştlər planlaşdırılıb və istifadə olunan tutumların 1 Mb/s artırılması təmin ediləcək. Kampaniya müddətində müraciət edən istifadəçilər – müqaviləsi 1 Mb/s olanlar 2 Mb/s, ; 2 Mb/s olanlar 3 Mb/s tutum əldə edəcəklər.

Qeyd edək ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində aparılan bütün tədbirlər sahə üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Analoji güzəştli kampaniyanın keçirilməsi Nazirlik tərəfində özəl xidmət operator və provayderlərinə də tövsiyə olunub.

Kampaniya çərçivəsində göstəriləcək xidmətlər barəsində ətraflı məlumatlar və təkliflərin, müraciətlərin qəbulu ünvanları aidiyyəti xidmət göstərən müəssisələrin İnternet informasiya ehtiyatlarından əldə edilə bilər.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *