Rabitə Nazirliyində nəzarət gücləndirilir » AzNews.info -Xəbər portalı

Rabitə Nazirliyində nəzarət gücləndirilir

Rabitə Nazirliyində nəzarət gücləndirilir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) noyabrın 20-dan dekabrın 2-dək “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayır.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Məlumata görə, yy ərzində əmək və icra intizamının artırılması, görülən işlərin səmərəliliyinin yüksəldilməsi və iş rejiminə ciddi riayət edilməsi, RYTN-ə və nazirliyin tabeliyindəki müəssisələrə daxil olan müraciətlərə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun baxılmasının təmin edilməsi və nəzarətin artırılması nəzərdə tutulur.

Nazirliyin “Qaynar xətt” inin işinə nəzarətin gücləndirilməsi də ay ərzində görülən işlərdən biri olacaq:

“RYTN-in “Qaynar xətt”inin işinə nəzarətin artırılması, əhali və təşkilatlar tərəfindən edilən müraciətlər üzrə təcili tədbirlərin görülməsi, “122” və “155” xidmətlərinə və digər təmir bürolarına daxil olan sifarişlərin uçotu, zədələnmələrin təlimatda nəzərdə tutulan müddətlərdə tam aradan qaldırılması üçün tədbir görülməsi və gündəlik analiz edilərək nəzarətin artırılması da ay ərzində rabitə sahəsində fəaliyyətin əsasını təşkil edəcək”.

“Aylıq çərçivəsində xüsusi diqqət ediləcək digər məsələlər sahibkarlığın inkişafına kömək göstərilməsi və sağlam rəqabət şəraitinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı, bacarıqlı və bilikli kadrların seçilib yerləşdirilməsidir.

Aylığın yüksək səviyyədə keçirilməsi və lazımi nəticələrin əldə edilməsi üçün digər zəruri tədbirlər də nəzərdə tutulub və Tədbirlər Planının icrası Nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülüb”, - deyə nazirlikdən bildirilib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *