İltimas Məmmədov: Baş vermiş hadisələrdən nəticə çıxarmaq vacibdir
Rabitə sahəsində müşahidə edilən son hadisələrdən nəticə çıxarmaq, əmək ahənginin normal saxlanılması və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkili vacibdir.
Oxu.Az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirədə müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov bildirib.
Müşavirənin sonunda İ. Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.
Mənbə:> Oxu.Az