Məşhur brend 90 min avtomobilini geri çağırdı – FOTO
Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Tesla Motors" avtomobil şirkəti "S" modelli avtomobillərini geri çağırıb. ANS PRESS-in məlumatına görə buna, avtomobillərdə ön oturacaqlarda təhlükəsizlik kəmərlərinin qırılması səbəb olub. Kəmərin qırılması hallarına dair şirkət rəhbərliyinə bir neçə şikayət daxil olub. Faktla bağlı araşdırma başladılıb. Rəhbərlik ətraflı yoxlama aparmaq üçün 90 min avtomobili geri çağırmalı olub. Bu, şirkət tarixində ən irimiqyaslı qüsur hesab olunur. Faktla bağlı məlumat yayıldıqdan sonra NASDAQ səhm bazarında şirkətin səhmləri 2.6 faiz düşüb.
Mənbə:> ANSPRESS