“General Motors” korporasiyasını rekord cərimə gözləyir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“General Motors” korporasiyasını rekord cərimə gözləyir

“General Motors” korporasiyasını rekord cərimə gözləyir


ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi – “General Motors” korporasiyasının əməlində cinayət tərkibi aşkar edib.

ANS PRESS-in məlumatına görə, şirkətin bu biganəliyi nəticəsində baş verən qəzalarda azı 104 nəfər həyatını itirib. “New York Times” qəzeti korporasiyanı tarixin ən iri cəriməsinin gözlədiyi barədə məlumat yayıb.

Hökumətlə “General Motors” arasında bu məsələyə dair razılaşmanın yay aylarında baş tutacağı gözlənilir. Avtomobil istehsalçısının ödəyəcəyi cərimənin miqdarı açıqlanmasa da, bəzi məlumatlara görə o, keçən il “Toyota” şirkətinin ödədiyi 1,2 milyard dollarlıq rekord cəriməni keçə bilər.

Hazırda “General Motors” “Toyota”dan fərqli olaraq istintaqla aktiv əməkdaşlıq edir və bu səbəbdən də onun cəzasının bir qədər yumşalacağı ehtimal olunur.

Sözü gedən nasazlıq hərəkət zamanı mühərrikin qəfildən sönməsinə gətirib çıxarırdı ki, bu da əyləc sisteminin sıradan çıxması və təhlükəsizlik qurğularının işləməməsi ilə nəticələnirdi. Şirkətin milyonlarla avtomobilini geri çağırılması ilə müşayiət edilən miqyaslı kampaniya yalnız 2014-cü ilin fevral ayında başlayıb. Lakin təhqiqatın fikrincə, korporasiya bu problem barədə həmin kampaniyadan xeyli əvvəl məlumatlı olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *