Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı
Vergilər Nazirliyi “Nurgun Group”a daxil olan “Nurgun Motors”un əmlakını siyahıya alıb.
AzNews.info xəbər verir ki, bu barədə bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.
“Nurgün Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub”, - deyə nazirlik rəsmisi qeyd edib.
Borcun həcmi açıqlanmır.
Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.
Qeyd edək ki, “Nurgün Motors” Azərbaycanda “Nissan”, “İnfitini” və “Ford” avtomobillərinin rəsmi distribüteridir.
Mənbə:> APA